Peyğəmbərimizə (s) vəhy gələn zaman şahid olunanlar

Allah "Muzzəmmil" surəsində Peyğəmbərimizə (s) gecə durub vəhy üçün hazırlaşmasını buyurmuş, vəhyin nə qədər ağır bir söz olduğunu xəbər vermişdir:
Hədislərdə də Peyğəmbərimiz (s) Allahdan vəhy almaq kimi
fövqəladə bir hadisəni yaşayarkən onun olduğu otaqda
xariqüladə mənəvi hadisələrin baş verdiyi bildirilir. Bəzi
hədislərdə Peyğəmbərimizə (s) vəhy gələndə ətrafındakıların
arı uğultusuna bənzər bir səs eşitdikləri bildirilir. Bəzi
mənbələrdə isə Peyğəmbərimizin (s) sifətinin yanında arı
uğultusu kimi səs eşidildiyi xəbər verilir.4 Buxari və
Müslim Hz.Aişədən (r.a.) bu hədisi rəvayət ediblər:
"əl-Haris ibn Hişam Rəsulullahdan (s): "Vəhy necə gəlir?", -
deyə soruşdu. Belə cavab verdi: "Bəzən zəng səsi kimi mənə
çox ağır şəkildə gəlib dediklərini qavrayanda məndən ayrılır.
Bəzən insan surətində gəlir, mənimlə danışır və mən də onun
dediklərini əzbərləyib qavrayıram".
Buxari və Tirmizi Peyğəmbərimizin (s) xanımından bunu da
nəql edirlər:
"And olsun ki, Onu belə görmüşdüm: Çox soyuq bir gündə vəhy
gəlmişdi. Mələk yanından ayrılanda alnından sel kimi tər
axırdı".
Tabərani isə Zeyd ibn Sabitdən (r.a.) bunu bildirir:
"Mən Allah Rəsuluna gələn vəhyləri yazırdım. Ona vəhy
gələndə ağır yorğunluq hiss edər və bədənindən inci dənəsi
kimi tərlər çıxardı. Vəhy vəziyyəti qurtaranda O oxuyar, mən
də yazardım".
Əbu Nuaym isə əl-Fəltan ibn Asımdan bunu nəql edir:
"Allah Rəsuluna (s) vəhy gələndə gözləri açıq, qulağı və
qəlbi Allah tərəfindən gələn (ayələrdə)
olardı".
Əbu Nuaym Əbu Hureyrədən (r.a.) bunu nəql edir:
"Allah Rəsuluna (s) vəhy gələndə o, özündən keçən adam kimi
olurdu".