Peyğəmbərimizin (s) ürəyinə edilən vəhy

Həm İslami, həm də tarixi mənbələrə görə, sevimli Peyğəmbərimiz Hz.Muhəmməd (s) 40 yaşında peyğəmbərlik vəzifəsi ilə şərəfləndirilib. Ancaq Peyğəmbərimiz (s) vəhy almağa başlamamışdan əvvəl də bir çox möcüzəvi hadisə baş vermişdi. Bu möcüzələrdən biri Peyğəmbərimizin (s) gecələr gördüyü yuxuların tam dəqiqliyi ilə çin olub gerçəkləşməsidir. Hədislərdə bildirildiyinə görə, bu cür "saleh yuxular" 6 ay davam etmişdir. Böyük İslam alimi İmam Suyuti "Fövqəladə cəhətləri ilə Peyğəmbərimiz" adlı əsərində həmin yuxuları bu cür bildirir: "Allah Rəsuluna (s) göndərilən vəhyin başlanğıcı yuxuda gördüyü saleh yuxu şəklində olub. Gördüyü hər yuxu səhərin aydınlığı kimi gerçək çıxırdı...""
Hədislərdə bildirildiyinə görə, Peyğəmbərimiz (s) 40 yaşına
çatanda tez-tez Məkkədən 12 kilometr aralıda yerləşən Nur
dağındakı Hira mağarasına gedər, orada tək qalardı. Hira
mağarasında təkliyə çəkilməsinin üçüncü ilinin Ramazan
ayında Uca Rəbbimiz Hz.Muhəmmədə (s) peyğəmbərlik verdi.
Cəbrail Allahın iznilə Peyğəmbərimizə (s) göründü və ona
Qurani-Kərimdən bəzi ayələr nazil etdi. İlk vəhy günü miladi
tarixlə 610-cu il avqust ayının 10-na, ramazan ayının 21-ci
günü bazar ertəsi gecəsinə təsadüf edir.
Allah Cəbrailin vasitəçiliyi ilə mübarək elçisinə İslam
dinini vəhy etmişdir. Əlbəttə ki, bu, Rəbbimizin çox böyük
nemətidir. Peyğəmbərimiz (s) də özünün dərin imanı, Allah
qorxusu, təqvası, üstün əxlaqı ilə buna layiq olan bir
insandır. Uca Allah bir ayədə belə buyurmuşdur:
Allah başqa bir ayədə isə belə bildirmişdir:
"Kitabın sənə nazil olacağına ümid etmirdin. Ancaq o,
Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi..." ("Qəsəs"
surəsi, 86).
Peyğəmbərlik məqamı ilə şərəfləndirilməmişdən əvvəlki altı
ay ərzində gördüyü yuxuların tam dəqiqliyi ilə gerçəyə
çevrilməsi sevimli Peyğəmbərimizin (s) Allahın dərgahında
seçilmiş olmasının dəlillərindən biridir. İslam alimləri bu
məsələni Allahın insanlara göndərdiyi son peyğəmbərini bu
böyük vəzifəyə "yuxuda hazırladığı" şəklində izah edirlər.
Bu "saleh yuxular"dan sonra Peyğəmbərimiz (s) Allahdan
aldığı ilk vəhylə bütün insanlara bir hidayət rəhbəri
edilmişdir. Sonralar O, çox böyük qətiyyətlə ta vəfat edənə
kimi insanları Allaha və Onun yoluna dəvət etdi.
Peyğəmbərimizə (s) ilk vəhyin gəlməsindən əvvəlki möcüzəvi
hadisələr hədislərdə belə xəbər verilir:
Hz.Aişənin dediklərindən: "Rəsulullah aləyhissalatu
vəssalama vəhy şəklində ilk başlayan şey yuxuda gördüyü
saleh yuxular idi. Yuxuda nə görsəydi, səhərin aydınlığı
kimi eyni ilə həqiqət olardı. Bu əsnada ona təklik
sevdirilmişdi. Hira mağarasına çəkilib orada ailəsinin
yanına qayıtmadan bir neçə gün tək qalıb ibadətlə məşğul
olardı. Bu məqsədlə yanına müəyyən qədər azuqə aparırdı.
Azuqəsi qurtaranda Hz.Xədicənin (r.anhə) yanına dönər, yenə
eyni qaydada azacıq miqdarda azuqə götürüb təkrar mağaraya
qayıdardı. Bu vəziyyət Hira mağarasında ona haqq gələnə kimi
davam etmişdi. Bir gün mələk onun yanına gəlib:
- "Oxu!" dedi. Aleyhissalatu vəssalam:
- "Mən oxumağı bilmirəm!" cavabını verdi. Aleyhissalatu
vəssalam hadisənin davamını özü belə danışır:
- "Mən oxumağı bilmirəm" deyəndə mələk məni tutub qucaqladı,
taqətim kəsilənə kimi sıxdı. Sonra buraxdı. Yenə:
- "Oxu!" dedi. Mən bu dəfə də:
- "Oxumağı bilmirəm!" - dedim. Məni ikinci dəfə qucaqlayıb
taqətim kəsilənə kimi sıxdı. Sonra yenə buraxdı və: "Oxu!"
dedi. Mən yenə: "Oxumağı bilmirəm" dedim. Məni üçüncü dəfə
də qucaqlayıb taqətim kəsilənə kimi sıxdı. Sonra buraxdı və:
- "Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı "ələq"dən
yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O
Rəbbin ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini
öyrətdi" ("Ələq" surəsi, 1-5), - dedi.
Rəsulullah aləyhissalatu vəssalam bu vəhyləri öyrənərək geri
qayıtdı..."
Quranda Peyğəmbərimizin (s) Cəbraillə görüşməsi və Quran
ayələrinin ona bildirilməsi ayələrdə də xəbər verilir.
Peyğəmbərimizə (s) Quranı öyrədənin Cəbrail olduğu "Nəcm"
surəsində belə bildirilir:
Ona bu Quranı çox qüvvətli olan (Cəbrail) öyrətdi" ("Nəcm" surəsi, 2-5).
Bu ayələrdən sonrakı ayələrdə də Cəbrailin Qurani-Kərimi
Peyğəmbərimizə (s) öyrətməsi əsnasında baş verən fövqəladə
hadisələr belə xəbər verilir:
"O qüvvət gözəllik sahibi göründü. O, ən uca üfüqdə idi.
Sonra yaxınlaşdı və aşağı endi.
Onların arasındakı məsafə iki yay uzunluğunda, bəlkə ondan
da yaxın oldu.
Sonra bəndəsinə vəhy buyurduğunu vəhy etdi.
Qəlb gördüyünü yalan saymadı. Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?" ("Nəcm"
surəsi, 6-11).
Bir çox başqa ayələrdə də Quranı göydən yerə endirənin
Cəbrail olduğu xəbər verilir. Bu ayələrdə Cəbrail haqqında "Ruhul
qüds" və "Ruhul əmin" şəklində buyurulur:
("Şura" surəsi, 51).
"Şübhəsiz ki, bu Quran aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Ruhul əmin endirdi. Xəbərdar edən peyğəmbərlərdən olasan deyə sənin qəlbinə nazil etdi" ("Şuəra" surəsi, 192-194).
Cəbrail tərəfindən ona vəhy edilən ilk ayələrdən sonra
Peyğəmbərimizə (s) gələn vəhyin ardının müəyyən bir müddət
kəsildiyi rəvayət edilir. Hədislərdə vəhyin kəsilməsindən
sonra ilk olaraq "Muddəssir" surəsinin ilk ayələrinin
Peyğəmbərimizə (s) vəhy edildiyi və onun da öz təbliğ
vəzifəsinə bu ayələrin vəhyindən sonra başladığı xəbər
verilir. Bundan sonra Allahın verdiyi əmrlə Peyğəmbərimiz
(s) insanlara ancaq Allaha iman gətirməyi, Ona qətiyyən
şərik qoşmamağı tövsiyə etdi. "Muddəssir" surəsindəki
ayələrdə belə buyurulur:
"Şuəra" surəsinin 194-cü ayəsində vəhyin Peyğəmbərimizin (s)
qəlbinə göndərildiyi xəbər verilir. "Əla" surəsinin 6-cı
ayəsində isə Allah "Biz Quranı sənə oxudacağıq və sən onu
unutmayacaqsan" buyuraraq Peyğəmbərimizə (s) Qurani-Kərimi
əzbərlədəcəyini bildirir. Quranın bütün ayələrini bu şəkildə
öyrənməsi Rəbbimizin Peyğəmbərimizə (s) bəxş etdiyi
möcüzələrdən biridir.
Quran ayələri Peyğəmbərimizin (s) qəlbinə yerləşdirilmiş,
özü bütün həyatı boyunca Quran ayələrini təbliğ etmişdi.
Allah "Əla" surəsinin 8-ci ayəsində "Biz sənə ən asan olanı
müyəssər edərik" buyuraraq Peyğəmbərimizə (s) kömək etdiyini
və Öz dərgahından bir nemət şəklində onu müvəffəq edəcəyini
müjdələyib.
Rəbbimiz "...Möminlərə kömək etmək Bizə vacibdir!" ("Rum"
surəsi, 47) ayəsində də bildirdiyi kimi, müqəddəs elçisinə
həmişə yardımçı olmuş, qəlbini fərəhləndirmiş, onun ağlında,
elmində, hafizəsində xariqüladəliklər yaratmışdır.
Allah "Qiyamət" surəsində də Quran ayələrini Peyğəmbərimizə
(s) oxudanın və onları unutmağın qarşısını alanın Özü
olduğunu bildirib:
Ayələrdən də gördüyümüz kimi, Allah xüsusi olaraq Quran
ayələrini Peyğəmbərimizin (s) hafizəsinə yerləşdirmişdir.
Allah başqa bir ayədə Peyğəmbərimizə (s) belə buyurmuşdur:
Peyğəmbərimiz (s) Allaha olan coşğulu imanı, dərin sevgisi
ilə Rəbbimizin bütün əmrlərinə könüldən boyun əyib. Allah da
onu güclü və müvəffəq edib, ona çoxlu nemətlər bəxş edib,
onu dünyada və axirətdə seçilənlərdən edib.